Texnologiya

Yosemite oğurluq edir

24 Oktyabr 2014 21:14
0 Şərh     Baxış: 1 178
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
OS X Yosemite yeni əməliyyat sistemi istifadəçinin bir çox məlumatlarını, o cümlədən Spotlightda axtarış sifarişləri və yerləşdiyi yer haqda məlumat daxil olmaqla, Applea ötürür.

Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkətlər arasında bağlanmış saziş Apple şirkətinə bu məlumatları almağa hüquq verir və şirkət bu məlumatları Spotlightın işlərinin dəqiqliyini artırmağa imkan verir.

Appleda qeyd edirlər ki, MAC lokal diskində axtarış məlumatları şirkətə ötürülmür, digər müraciətlər isə şifrlənir.

Bu funksiya Spotlight qurulduqda söndürülə bilər, lakin bu edildikdə belə Apple istifadəçinin yerini İP-ünvana görə müəyyən edəcək.

Ekspertlər bildirirlər ki, Spotlight Yosemitenin Apple ilə məlumatları bölüşdüyü bir çox funksiyalardan biridir. Digər bu cür proqramların axtarışı üzrə işlər proqramçılar tərəfindən aparılır ki, bu haqda istifadəçilərə bildirilsin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.