Texnologiya

Whatsapp və Facebook-dan ağır zərbə

23 Oktyabr 2014 17:28
1 Şərh     Baxış: 1 537
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnternet yolu ilə mesajlaşma proqramları qısa mesajların sayını kəskin azaldıb

İnternet yolu ilə mesajlaşma proqramları Türkiyə mobil sektor bazarına ağır zərbə vurub.

Anspress-in məlumatına görə, gedərək yayılan Whatsapp, Facebook kimi mesajlaşma proqramları qısa mesajların (SMS) sayını kəskin azaldıb.

Türkiyədə ötən ilin ilk yarısında 90 milyard 876 milyon olan SMS miqdarı, bu ilin eyni dövründə 27% azalaraq 66 milyard 431 milyona geriləyib. Sözügedən dövrdə görüntülü mesaj (MMS) sayı isə 114,9 milyondan 64,4 milyona düşüb.

2008-ci ildə 77 milyard 837 milyon olan SMS sayı 2013-ci ilə qədər təxminən yüzdə 128%-lik artımla 177,6 milyard ədəd səviyyəsinə yüksəlmişdi. SMS sayının bu ilin əvvəlindən etibarən isə düşməyə başladığı müşahidə edilir.

Qeyd edək ki, sözügedən anoloji vəziyyət Azərbaycanda da müşahidə edilir. Ölkədə geniş yayılan Whatsapp və Facebook kimi mesajlaşma proqramları operatorları çətin vəziyyətə salır. Bunun qarşısını almaq üçün operatorlar müxtəlif kampaniyalar təqdim edirlər. Ancaq, görünür, bu təkliflər də SMS və MMS bazarında istənilən effekti vermir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.