Texnologiya

iPad satışları azalır

23 Oktyabr 2014 23:20
0 Şərh     Baxış: 1 495
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
2014-cü ilin iyul-sentyabr aylarında iPad planşetlərinin satış həcmi azalıb; Apple şirkətində bu göstərici üçüncü rübdür ki ardıcıl azalır. Appleın saytındakı maliyyə hesabatı da bunu göstərir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, sentyabrın 27-də başa çatmış rübdə Apple 12,3 milyon planşet kompüteri satıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,77 milyon daha azdır. Əvvəlki iki rübdə, iPadin satış həcmi, həmçinin azalıb. Amma Apple korporasiyası cari rübdə yeni iPad Air 2 və iPad mini 3 qurğularının satışları hesabına bu tendensiyanı aradan qaldırmağa ümid edir.

Bu halda hesabat rübündə iPhonenun satış həcmi xeyli artıb: Apple ötən ilin müvafiq dövrü (33,8 milyon) ilə müqayisədə 39,3 milyon smartfon satmağa nail olub. Yeni iPhone 6 və iPhone 6 Plus qurğularının birinci dalğa ölkələrinə satışları nəticəyə təsir edib. Appleın məlumatına görə, birinci həftəsonu təxminən 10 milyon yeni qurğu satılıb.

2014-cü ilin iyul-sentyabr ayları ərzində Mac kompüterlərinin satış həcmi 5,52 milyon qurğuyadək artıb. Fərdi kompüter bazarı həcminin azalmasına baxmayaraq, Appleda kompüterlərin satış həcmi sabit olaraq artır. Cari rübdə Retina displeyli iMac və yeni Mac mini qurğuları satışı bu tendensiyanı saxlaya bilər. 

iPod pleyerlərinin rüblük satış həcmi ötən illə (3,5 milyon) müqayisədə 2,64 milyon qurğuyadək azalıb. Hazırda Appleın gəlirinin yalnız 1%-i bu qurğunun payına düşür və şirkət buna görə növbəti rübdən iPodun satış həcmi haqda məlumatları Aksessuarlar kateqoriyasına daxil edəcək. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.