Texnologiya

NFC-li üzük hazırlandı

23 Oktyabr 2014 21:55
0 Şərh     Baxış: 1 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yaponiyanın TSLJ zərgərlik məmulatları istehsalçısı brilyant qaşlarla bəzədilmiş və NFC çipinin quraşdırıldığı qızıl üzük təqdim edib.

Bu barədə The Wall Street Journal (WSJ) nəşri məlumat verib.

Belə ki, TSLJ şirkəti (brend Core Jewels) növbəti həftə dünyanın Near Field Communication (NFC) kontaktsız məlumat mübadiləsi texnologiyasının quraşdırıldığı ilk daş-qaşlı One üzüyü üçün sifarişlərin qəbuluna başlayacaq.

Qurğunun qiyməti 390 min yen (3670 dollar) təşkil edir. Üzük istifadəçi tərəfindən Bulud servislərində şifrlənmiş məlumatlara - məsələn, şəkillərə və videolara daxil olmaq üçün parol əvəzinə istifadə oluna bilər. Bundan başqa, üzükdən Android əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğularda mühafizə edilən məlumatlara çıxış üçün istifadə etmək mümkündür. 

Milli.Az ICTnews-a istinadən bildirir ki, satışa dekabrın 10-da çıxarılacaq üzükdən hazırda elektron ödənişlərin həyata keçirilməsi və ya smartfonun blokdan çıxarılması üçün istifadə qeyri-mümkün olsa da, istehsalçı gələcəkdə bu imkanların daxil edilməsini düşünür. 

Məlumat üçün bildirək ki, NFC 10 santimetrə yaxın məsafədə yerləşən qurğular arasında məlumat mübadiləsinə imkan verən kiçik təsir radiuslu yüksəktezlikli simsiz rabitə sistemidir. Bu texnologiya ilə təchiz olunmuş qurğuların köməyi ilə istifadəçilər kontaktsız üsulla ödəniş edə (mal və ya xidmətlər, nəqliyyatda gediş haqqı və s.), eləcə də müxtəlif mallar haqqında məlumat ala bilərlər, - Lenta yazır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.