Texnologiya

Google Play heç cür App Store-u ötə bilmir

19 Oktyabr 2014 20:50
0 Şərh     Baxış: 934
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
App Annie analitik xidmətinin hesabatına əsasən, Google Play onlayn mağazasından proqramların yüklənmə sayı Apple App Storenin müvafiq göstəricisini 60% ötür. Ancaq belə kəskin fərqə baxmayaraq, tərtibatçılar App Store üzərindən satışlardan əvvəlki kimi yaxşı qazanırlar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, App Storenin istifadəçiləri əvvəlki kimi tərtibatçılar üçün cəlbedicidir, belə ki, mağaza Android-cihazlar üçün müvafiq xidmətlə müqayisədə 60% daha çox gəlir generasiya edir.

Bu, onunla bağlıdır ki, Google şirkəti Android platforması ilə işləyən qurğularını inkişaf etməkdə olan ölkələrdə daha aktiv yayır, sonuncuların istifadəçiləri isə tətbiqləri satın almağa deyil, pulsuz proqramlar yükləməyə üstünlük verirlər. Google Playın populyarlığı, əsasən Hindistan, Braziliya və İndoneziyanın hesabınadır.

Eyni zamanda, sözügedən onlayn mağazanın gəliri üçün ən böyük töhfə ABŞ və Cənubi Koreya istifadəçiləri tərəfindən edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.