Texnologiya

"Garmin" idmançılar üçün "ağıllı" saat buraxıb

6 Oktyabr 2014 19:42
0 Şərh     Baxış: 1 185
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Garmin" idmançılar üçün "Forerunner 920XT" smart saatını təqdim edib. Bu haqda şirkətdən bildirilib.
 
"Android" smartfon və ya "iPhone" ilə əlaqələndirilmiş "Forerunner 920XT" qurğusu SMS və zənglər haqda bildirişləri göstərir, təqvimdəki qeydləri yada salır və s. Bundan başqa, "ağıllı" saatda qət edilmiş məsafə, sərf edilmiş kalori haqda informasiya görünür. 2015-ci ilin əvvəlində bu saatlara kənar istehsalçıların tətbiqlərini quraşdırmaq imkanı olacaq. Əksər "ağıllı" saatlardan fərqli olaraq, "920XT"-də ekran sensor deyil.
 
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, saat 50 metrədək suya enməni dəstəkləyir və velosipeddə qaçış, üzgüçülük və hərəkət zamanı fiziki aktivliyi qeydə alır. Qət edilmiş məsafənin yerini dəqiq təyin etmək üçün daxili GPS/QLONASS qəbuledicisindən istifadə olunur. GPS qəbuledici daima qoşulu olduqda avtonom iş vaxtı 24 saat təşkil edir.
 
Əvvəlki modellə müqayisədə saatın çəkisi daha yüngül olub: qalınlığı 12.7 mm, çəkisi 61 qr təşkil edir. ABŞ-da qurğunun qiyməti 450 dollardır. Cihaz "Windows", "OS X", "iOS" və "Android" platformalarını dəstəkləyir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.