Texnologiya

E-mail ünvanların təhlükəsizliyi mümkündürmü? - VİDEO

2 Oktyabr 2014 12:22
0 Şərh     Baxış: 874
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Adətən vətəndaşlar illərlə eyni şifrədən istifadə edirlər"

Kompüter artıq bir çox insanların həyat tərzinin bir elementini təşkil edir. Yəni vaxtının çox hissəsini bu qurğu ətrafinda keçirənlər var. Bəs onlar məşğul olduqları fəaliyyətin təhlükəsizliyinin qorunmasından əmindirlərmi?

ANS TV-nin məlumatına görə, statistik məlumatlara görə, kompüterdən istifadə edən əksər insanlar, gün ərzində ən azı 7 saat internetdən yararlanırlar. Maraqlıdır, bəs elektron ünvanların təhlükəsizliyini necə, qorumaq mümkündürmü?

Bu gün, demək olar ki, hər bir şəxsin elektron poçt və sosial şəbəkələrdə aktiv olan profill ünvanları var. Onlar bu informasiya vasitələrindən istifadə edərək yazışır, hətta məxfi olan məlumatları bir-birilərinə göndərirlər. Bəzən bu gizli informasiyaların kiminsə tərəfindən ələ keçməsi və ya elektron poçt ünvanının şifrəsinin kimlərsə tərəfindən sındırılması təhlükəsi yaranır. Təəssüf ki, bəzən bu hallarla rastlaşan şəxslər, vəziyyət qarşısında aciz qalır və problemin həlli üçün mütəxəssislərə üz tuturlar. Bəzən heç onlar da problemi həll edə bilmirlər.

İnternet mütəxəssisi Cahid İsmayıloğlu deyir ki, ən primitiv üsul budur ki, şifrələrinə fikir versinlər: "Böyük-kiçik işarələrə fikir versinlər. Şifrələrinin təhlükəsizliyini təmin etsinlər. İkincisi, müəyyən vaxtdan sonra şifrələrini dəyişsinlər. Adətən vətəndaşlar illərlə eyni şifrədən istifadə edirlər".

Mütəxəssislər yalnız sınanmış elektron poçt ünvanlarından istifadə etməyi, eyni zamanda giriş-çıxışları telefon nömrələrinə yönləndirməyi məsləhət görür. Belə olan halda hər bir istifadəçı öz elektron ünvanlarının təhlükəsizliyini təmin etmiş olar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.