Texnologiya

Büdcə daha da artacaq

1 Oktyabr 2014 23:48
0 Şərh     Baxış: 992
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
IDC analitik şirkəti tərəfindən keçirilən sorğuda iştirak edən nəhəng informasiya texnologiyaları (İT) şirkətlərinin üçdə iki hissəsi 2014-cü ildə marketinq büdcəsini artırır, 20 faizi isə bunu azaltmağı planlaşdırır.

Üçüncü platforma texnologiyaları (bulud sistemləri, sosial şəbəkələr, mobil texnologiyalar və iritutumlu məlumatlar) ilə aktiv işləyən şirkətlərdə marketinq xərclərinin artımı orta bazar səviyyəsini beş dəfə üstələyir. Qeyd olunur ki, onların əksəriyyəti büdcəni 10-20 faiz çoxaldır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, marketinq büdcələrinin artımı orta hesabla 3,5 faiz, həmin müddət ərzində satış həcminin gözlənilən artımı 3,7 faiz təşkil edir. Tempin üst-üstə düşməsi son səkkiz ildə ilk dəfə müşahidə olunur və analitiklərin fikrincə, bu, rəhbərliyin daha perspektivli layihələrin inkişafına əlavə vəsaitlərin ayrılmasına hazır olmasından xəbər verir. Bununla belə, analitiklər qeyd edirlər ki, yadda saxlamaq lazımdır ki, hazırda daha çox artım üçüncü platforma istiqamətində qeydə alınır.

Tədqiq edilən şirkətlərin yarısında son iki ildə marketinq üzrə direktor dəyişdirilib. Analitiklər vurğulayırlar ki, alıcılarla işi müasir rəqəmli texnologiyalarla qura bilməyən rəhbərlər öz vəzifələrini qoruya bilməyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.