Texnologiya

Azərbaycanın efir məkanında 9 saatlıq səssizlik

30 Sentyabr 2014 10:05
0 Şərh     Baxış: 2 421
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Oktyabrın 13-də Azərbaycanın televiziya efir məkanında növbəti kompleks profilaktika işləri aparılacaq. Bu barədə Trend-ə "Teleradio" İstehsalat Birliyindən məlumat verilib.

Kompleks profilaktika işləri ilə əlaqədar televiziya və radio yayımı saat 06:00-dan 15:00-dək dayandırılacaq.

Profilaktika işləri iki kateqoriyaya bölünür: adi və kompleks.

Kompleks profilaktika qida mənbələrindən başlayaraq antenalara qədər bütün avadanlığın texniki vəziyyətinin yoxlanılmasını nəzərdə tutur. Prosedur texniki problemlərin olmaması üçün zəruridir, çünki teleradio yayımı avadanlığı 7/24 rejimində fasiləsiz işləyir.

Adi profilaktika hər iki aydan bir şəxsi teleradio kanallarının istəyi ilə keçirilir.
Efir sahəsində profilaktika işlərinin cədvəli hər ilin sonunda tərtib edilir və Azərbaycanın bütün teleradio şirkətləri ilə razılaşdırılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.