Texnologiya

Oracle yeni mərkəzlər yaradır

29 Sentyabr 2014 22:22
0 Şərh     Baxış: 1 207
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oracle şirkəti Vodafone şirkəti ilə tərəfdaşlıq əsasında Əşyalar interneti modelinin tətbiqi məqsədi ilə Almaniyada iki yeni data mərkəzi yaradıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, data mərkəzlər Frankfurtda və Münhendə yerləşib. Yeni istehsal gücləri iki həftə ərzində işə salınacaq, ilin sonuna kimi isə onların tam gücü ilə istismarına başlanacaq. Daha öncə isə, korporasiya Böyük Britaniyada və Niderlandda data mərkəzlər yaradıb. 

Oracle-ın EMEA regionu üzrə vitse-prezidenti Luis Le Qiskyunun sözlərinə əsasən, istehsal gücləri Mərkəzi və Qərbi Avropada yerləşən biznes nümayəndələrinə bulud həlləri təqdim ediləcək.

O, həmçinin qeyd edib ki, Milli Təhlükəsizlik Agentliyinin iradları və haker hücumları ilə bağlı son qalmaqallar fonunda, Avropa biznes mühitində məlumatların lokal saxlamasına və onların təhlükəsizliyinin təmin edilməsinə ehtiyac duyulur.

Le Qiskye deyib ki, Almaniyada bir çox biznes nümayəndələri ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi tərəfindən reallaşdırılmış PRİSM izləmə proqramı haqda məlumat yayıldıqdan sonra öz məlumatlarının lokal şəkildə yerləşdirilməsi haqda düşünməyə başlayıblar.

Amma zəmanət verilmir ki, alman data mərkəzlərində saxlanılan məlumatlar dünyanın digər hissələrində yerləşən serverlərinə ötürülməyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.