Texnologiya

60 illik nüvə

30 Sentyabr 2014 22:47
0 Şərh     Baxış: 929
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Avropa Nüvə Tədqiqatları Mərkəzi (fransızca Conseil Européen pour la Recherche Nucléaire - CERN) sentyabrın 29-da yaradılmasının 60 illiyini qeyd edir. Bu barədə təşkilatın rəsmi saytında deyilir.

Elementar hissəciklər fizikası sahəsində tədqiqatlarla məşğul olan dünyanın nəhəng təşkilatı 1954-cü ildə 12 iştirakçı ölkə tərəfindən təsis edilib. Hazırda CERN-də müxtəlif ölkələri təmsil edən 90 fizik çalışır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Cenevrə yaxınlığında - İsveçrə və Fransa sərhədində yerləşən təşkilat iştirakçı dövlətlər tərəfindən maliyyələşdirilir. Əsas sponsorlar arasında Almaniya, Fransa və Böyük Britaniya yer alıb.

Avropa təşkilatının başlıca uğuru eksperimental hissəciklər fizikasının standart modelinin təsdiq olunması hesab edilir.

Belə ki, 2012-ci ildə Böyük Adron Kollayderində (BAK) - dünyanın nəhəng doldurulmuş hissəciklər sürətləndiricisində Hiqqs bozonunun mövcudluğu təsdiq olunub, 1970-ci ildə CERN elektron pozitron sürətləndiricisində zəif aralıq vektor bozonlar kəşf edilib.

Avropa laboratoriyası internetin yaradıcısı da hesab edilir: 1980-ci illərin sonunda CERN-də sınaq məlumatlarının emalı üçün britaniyalı alim Tim Berners-Li və niderlandlı Robert Kayo World Wide Web (WWW) internet texnologiyasını kəşf edib. Texnologiyaya hiperlinklər, məlumat bazası və sənədlərin redaktə edilməsi texnologiyası daxil olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.