Texnologiya

Ən böyük kompüter oyunları sərgisi başlanıb

21 Sentyabr 2014 18:11
0 Şərh     Baxış: 899
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
420-dən çox şirkət konsol, smartfon və kompüterlər üçün oyun sahəsində son həllərini nümayiş etdiriblər. Virtual reallığa tam köklənməyi imitasiya edən oyun və cihazlar builki sərginin əsas özəlliyi olub.

Tokyo Game Show beynəlxalq oyun konsolları sərgisi cümə axşamı Pekində start götürüb.
 

Milli.Az ICTnews-a istinadən bildirir ki, Sony şirkəti sonuncu PlayStation4 oyun konsolu üçün təqdim etdiyi şlemin köməyi ilə istifadəçi oyun məkanında vizual və səsli illüziya mövcudluğunu hiss edir. Şlem oyun məkanına 360 dərəcəlik icmala imkan verir.

Samsung eynək və qulaqlıqla təchiz edilmiş və şirkətin smartfonları ilə uyğunlaşan müvafiq şlemini nümayiş etdirib. ABŞ-ın Oculus şirkətinin şlemi kosmosda olmanın illüziyasını yaradır.

Sərgi 24-cü dəfə keçirilir, amma bu il 421 şirkət sərgidə iştirak edir ki, bu da ötən illə müqayisədə 20% yüksəkdir. Təşkilatçıların qiymətləndirməsinə görə, dörd gün davam edəcək sərgini 220 min insan ziyarət edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.