Texnologiya

Microsoft-dan gözlənilməz qərar

19 Sentyabr 2014 18:11
0 Şərh     Baxış: 766
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ABŞ-ın Microsoft korporasiyası Silikon vadisində yerləşən əsas tədqiqat laboratoriyalarından birinin fəaliyyətini dayandıracaq. Bu barədə ZDNet nəşri məlumat verib.

Bu gün Microsoft Silikon vadisində yerləşən tədqiqat laboratoriyasının cümə günündən etibarən fəaliyyətini dayandıracağını bəyan edib, - Twitter şəbəkəsində tədqiqat mərkəzinin əməkdaşlarından biri Derek Mürrey yazıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, laboratoriyanın bağlanması Microsoftun əməkdaşlarının 18 min nəfər azaldılması ilə bağlı aparılan geniş ixtisarların tərkib hissəsidir. Korporasiya bu barədə planlarını iyulda açıqlayıb. Cümə axşamı korporasiya nümayəndələri növbəti 2,1 min iş yerinin ixtisar edilməsini elan ediblər. Bunun 747-si Vaşinqtonda, 160-ı Kaliforniyada həyata keçiriləcək.

Mauntin-Vyu (Mountain View) şəhərində yerləşən Microsoft Research laboratoriyası 2001-ci ildə fəaliyyətə başlayıb. Burada korporasiya mütəxəssisi Roy Levinin rəhbərliyi ilə 50 nəfər çalışır. Laboratoriyada məxfilik və təhlükəsizliyin təmini, iritutumlu məlumatların emalı sistemləri, internet axtarışı və servisləri sahəsində tədqiqatlar aparılıb.

Microsoftun digər laboratoriyaları Asiya, Misir, Hindistan, İsrail, ABŞ, Böyük Britaniya və Avropanın bir sıra digər ölkələrində yerləşir. Korporasiya nümayəndələrinin sözlərinə görə, Silikon vadisində çalışan bəzi əməkdaşlara digər tədqiqat mərkəzlərində iş yerləri təklif olunacaq.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.