Texnologiya

Bu sosial şəbəkə varlılar üçündür

20 Sentyabr 2014 20:15
0 Şərh     Baxış: 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İnternetdə The Netropolitan Club sosial şəbəkəsi işə salınıb. Bu şəbəkədən yalnız varlı insanlar istifadə edə bilər. Belə ki, qeydiyyatdan keçmək üçün 9 min dollar ödəmək lazımdır. Bundan başqa, illik 3 min dollar ödəmək lazımdır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, resursun yaradıcıları sosial şəbəkənin üzvləri haqda informasiyanın üçüncü şəxslərə verilməyəcəyinə dair söz veriblər.

21 yaşdan yuxarı şəxslər bu şəbəkənin iştirakçısı ola bilər. Bundan başqa, qeydiyyat zamanı həqiqi məlumatları daxil etmək lazımdır.

Resursda reklam yerləşdirilməyəcək. Sosial şəbəkədə spam göndərilməsi sərt qadağandır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.