Texnologiya

Şirkət rəhbərləri və sosial şəbəkələr

19 Sentyabr 2014 21:14
0 Şərh     Baxış: 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sosial şəbəkələr şirkət rəhbərlərinin peşə dairəsində effektiv ünsiyyəti təmin etməklə onların qərarların qəbul edilməsi prosesində əminliyini artırır. Qərarın qəbul edilməsinin sonuncu mərhələsində sosial şəbəkələr rəhbərlərin informasiya resursları siyahısında birinci yeri tutur. Bu barədə IDC analitik şirkəti və LinkedIn şəbəkəsi tərəfindən alış üçün qərarların qəbul edilməsində iştirak edən 760 rəhbər arasında keçirilən sorğunun nəticələrindən məlum olub.

IDC analitikləri qeyd edirlər ki, alış prosesində sosial şəbəkələrdə fəallıq göstərən sorğu iştirakçıları sosial şəbəkələrdən istifadə etməyənlərlə müqayisədə daha yüksək vəzifə tutur, büdcənin 84 faizinə nəzarət edir, alış ilə bağlı 61 faiz çox qərar qəbul edir və qərarların geniş diapazonuna təsir etmək imkanına malik olurlar.
 

Milli.Az ICTnews-a istinadən bildirir ki, sosial şəbəkələrin rolu gələcəkdə də artacaq, onlardan alış-satış üçün istifadə edən şirkətlər və digərləri arasında fərq yüksələcək. Analitiklərin fikrincə, satışla məşğul olanlar yeni şəraitə çətinliklə öyrəşəcəklər, lakin qazanılan təcrübə sosial şəbəkələrin alıcılar üçün əhəmiyyətini daha da artıracaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.