Texnologiya

İnsanları fərqli üsulla tapacaqlar

18 Sentyabr 2014 22:22
0 Şərh     Baxış: 1 133
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az ICTnews-a istinadən bildirir ki, ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) üçillik hazırlıqdan sonra vətəndaşların identifikasiyası üzrə Next Generation Identification (NGI) adlı yeni sistemin istifadəyə verilməsini rəsmən açıqlayıb.

Qeyd olunur ki, sistemin tam gücü ilə fəaliyyətə başlaması cinayətkarlıq və terrorizmlə mübarizəyə kömək edəcək.

Şəxsiyyətin müəyyənləşdirilməsi üçün barmaq izlərinin istifadə olunduğu əvvəlki nəsil sistemdən (IAFIS, Integrated Automated Fingerprint Identification System) fərqli olaraq NGI sistemində adamlar insan kütləsində videomüşahidə kameraları şəbəkəsi vasitəsilə müəyyənləşdirilir. Bundan başqa, büro agentləri məlumat bazasına müraciət edə və vətəndaşların hərəkət istiqamətini izləyə bilərlər. Rap Back funksiyası onlara şübhəli şəxslərin harada olması haqqında məlumat əldə etməyə imkan verəcək.

Bu isə o deməkdir ki, vətəndaş müəyyən cinayətin törədilməsində şübhəli bilinməsə belə, NGI onun şəhər küçələri ilə hara getməsini izləyə biləcək, bu barədə məlumatlar xüsusi xidmət orqanlarının videoarxivlərində toplanacaq ki, bu da öz növbəsində hüquq müdafiəçilərində sual doğuracaq. Belə ki, gələn il FTB məlumatlar bazasında vətəndaşların 52 milyon fotoşəklini toplamaq niyyətindədir. Xüsusi xidmət orqanı bunu insanların təhlükəsizliyi üçün etməsini bəyan etsə də, bununla bağlı müəyyən narahatlıq hələ də var. Bundan əlavə, NGI-ın işinin dəqiqliyinin yüksək olmaması bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.