Texnologiya

Bu şəhər kontaktsız ödənişlərə keçdi

17 Sentyabr 2014 19:16
0 Şərh     Baxış: 1 344
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Transport for London təşkilatı London metropoliteni, London Docklands ərazisinin yüngül metrosu, yerüstü qatarlar və digər nəqliyyat vasitələri xidmətləri üçün kontaktsız ödəniş servisini istifadəyə verib. Xidmətdən American Express, MasterCard və ya Visa ödəniş kart seriyalarının, o cümlədən debet, kredit və digər kart sahibləri istifadə edə biləcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Bank kartları vasitəsilə həyata keçirilən kontaktsız ödənişlərdən sentyabrın 16-dan bütün nəqliyyat vasitələrində istifadə edilməyə başlanıb. Hazırda paytaxt sakinləri Oyster xüsusiləşdirilmiş elektron kartlardan tam imtina edərək gediş üçün daha rahat ödəniş sisteminə keçmək imkanı əldə ediblər.

Bank kartı ilə ödəniş prinsipi Oyster nəqliyyat kartlarının işindən fərqlənmir. Gediş haqqını ödəmək üçün kartın terminala yaxınlaşdırılması tələb olunur. Yeni ödəniş sistemi gediş haqqını London nəqliyyatında qüvvədə olan xüsusi təkliflərə uyğun tənzimləyəcək. Belə ki, gün ərzində nəqliyyatdan çox istifadə edən sərnişin hər gün məhdudiyyətsiz gediş biletindən (Day Travelcard) istifadədə olduğu kimi, çox pul sərf etməyəcək.

Böyük Britaniya ərazisindən kənarda buraxılan kart sahibləri ödəniş kartının Londonun gediş haqqı servisi ilə uyğun gəlməsini dəqiqləşdirmək üçün banka müraciət etməlidirlər.

Bank kartı ilə gediş üçün kontaktsız ödəniş sistemi Böyük Britaniyada yenilik hesab edilmir. Çünki 2012-ci ildən London avtobuslarında ödənişlər həyata keçirilir. Xidmətin fəaliyyətdə olduğu ilk altı ay ərzində ondan 825 min nəfər 17 milyon gediş üçün istifadə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.