Texnologiya

ABŞ əsgərlərini cihaz izləyəcək

17 Sentyabr 2014 21:55
0 Şərh     Baxış: 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ABŞ Ordusu hərbi qulluqçuların fiziki vəziyyətini izləyən və qan təzyiqinin artması, susuzluq və yuxu çatışmazlığına görə qavramaq qabiliyyətinin pozulması barədə xəbərdarlıq edən cihaz hazırlamağı planlaşdırır. Bu barədə ABŞ Quru Qoşunların saytında general-leytenant Cozef Karavaloya istinadən məlumat verilib.

Hərbi tibbi işləmələrə həsr edilən konfransda C.Karavalo bildirib ki, perspektiv cihazlar kənardan təhlükələr (məsələn, kimyəvi çirkləndirmə və ya ətraf mühitin döyüşçünün sağlamlığına zərər verən digər fövqəladə vəziyyətlər) yaranan zaman siqnal verərək xəbərdarlıq da edəcək. Ordu nümayəndəsinin sözlərinə görə, cihazlar artıq 2015-ci ildə təqdim ediləcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ABŞ Ordusunun mətbuat xidmətinin istinad etdiyi Massaçusets Texnoloji İnstitutunun doktoru Ceffri Palmer qeyd edib ki, hərbi qulluqçuların biomolekulyar və psixoloji göstəricilərinin daimi monitorinqi onların döyüşdə effektivliyini xeyli artıra bilər. Evansvilya Universitetinin alimi Fil Pliski öz növbəsində bəyan edib ki, döyüşçünün vəziyyətinə nəzarət fiziki travmaların qarşısını almağa kömək edəcək.

Hərbi qulluqçuların qarşılaşdığı fiziki risklərin tədqiqatında ABŞ Ordusuna Beylor Universitetinin mütəxəssisləri yardım edir. Yeni monitorinq sistemlərinin sınaqlarına 1750 hərbi qulluqçunun cəlb edilməsi planlaşdırılır. Döyüşçülərin sağlamlıq vəziyyəti haqqında məlumatlar sağlamlıq üçün mümkün təhlükələri müəyyən edən kompüterə daxil olacaq və belə risklər aşkar olunan zaman hərbi qulluqçu tibbi müayinəyə göndəriləcək.

Bir müddət əvvəl ABŞ Müdafiə Nazirliyinin hərbi qulluqçunun qanının analizi üçün portativ aparatın hazırlanmasına sifariş verməsi məlum olub. Aparat vasitəsilə həmçinin kəllənin travmasına diaqnozun qoyulması nəzərdə tutulur.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.