Texnologiya

Azərbaycanda Facebook istifadəçiləri üçün yeni xəbər

16 Sentyabr 2014 10:46
0 Şərh     Baxış: 2 011
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanda Facebook sosial şəbəkəsinin istifadəçiləri Facebook kontentinə sürətli və keyfiyyətli çıxış əldə edəcəklər.

Bunu Trend-ə telekommunikasiya bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, bu, Azərbaycanda dünyanın ən iri magistral operatorlarından biri olan "Level 3 Communications"ın kontentin çatdırılması şəbəkəsinin (CDN - Content Delivery Network) işə salınmasından sonra mümkün olacaq. "Level 3" şəbəkəsində Facebook-un bütün kontenti keşlənir ki, bu da sosial şəbəkəyə daha sürətli və keyfiyyətli çıxış əldə etmək istəyən abonentlərin sorğusunu qarşılayır.

Mənbə qeyd edib ki, "Level 3 Communications" birinci səviyyəli provayderdir: "Onun sərəncamında dünyada məlumatın ötürülməsi üzrə ən iri magistral kanal şəbəkələrindən biri yerləşir. Azərbaycanda ilkin mərhələdə 10 giqabitlik server yerləşdiriləcək. 3 ay ərzində onun yüklənməsi 50 faizə çatarsa, şəbəkənin gücü artırılacaq. Bu istiqamətdə işləri ilin sonunadək reallaşdırmaq planlaşdırılır".

Azərbaycanda "Level 3" kontentin çatdırılması şəbəkəsi əlavə ötürmə qabiliyyətini təmin edəcək, magistral şəbəkələrdə və serverdə yüklənməni azaldacaq, kontenti son istifadəçiyə yaxın yerləşdirməyə imkan verəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.