Texnologiya

Türkiyə kanalları "Azerspace-1" peyki üzərindən yayımlanacaq

15 Sentyabr 2014 20:50
1 Şərh     Baxış: 1 397
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulda keçirilən CeBİT İnformasiya Texnologiyaları Avrasiya Sərgisində iştirak edən "Azərkosmos" ASC tədbir zamanı bir sıra önəmli müqavilələr imzalayıb.

ASC-dən Trend-ə verilən məlumata görə, bu müqavilələrdən şirkət üçün ən əhəmiyyətlisi Türkiyənin NEBA şirkəti ilə türk kanallarının "Azerspace-1" peyki üzərindən yayımlanmasına dair imzalanmış müqavilədir.
 

İmza mərasimində iştirak edən Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov qeyd edib: "Türk kanallarının Azərbaycan peyki üzərindən yayımlanmasına böyük önəm veririk və bu bizim üçün sevindirici hadisədir".
 

NEBA şirkətinin baş direktoru Mustafa Serez mövzü ilə bağlı açıqlamasında bildirib: "Azerspace-1-in Azərbaycanda və regionda gücü mübahisəolunmazdır, izləyici nüfuzetməsi 90%-ə yaxındır. Peykin texnoloji imkanları ən yüksək səviyyədədir. Bu cür güclü peyk operatoru ilə əməkdaşlıq etdiyimiz üçün çox məmnunuq".
 

Türk kanallarının ilk siqnalı bu ilin sentyabr ayında veriləcək. İki qardaş ölkə arasında baş tutan bu əməkdaşlıq Türkiyə kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb və türk kanallarını üçün açılmış yeni pəncərə kimi qiymətləndirilib.
 

Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos" ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. Ötən ilin fevral ayında orbitə buraxılan və "Azərkosmos" tərəfindən idarə edilən "Azərspace-1" peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.