Texnologiya

Google-dan Facebook-a keçdi

15 Sentyabr 2014 21:55
0 Şərh     Baxış: 1 062
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
The Wall Street Journal nəşri yazıb ki, Googleun əsas əməkdaşlarından biri, şirkətin xidmətlərində peyk rabitəsindən istifadə üzərində işləmiş Maykl Seytlin Facebookda müvafiq vəzifəyə keçib. Bu, iki internet nəhənginin rəqabətində sosial şəbəkənin mövqeyini daha da gücləndirir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Seytlin sentyabrın əvvəlində Facebookda işləməyə başlayıb. O, peyk qurğuları üzrə ekspertdir və Qreq Uaylerin başçılığı altında Google şirkətində işləyib.

Xatırladaq ki, Facebook və Google inkişaf etməkdə olan ölkələrdə internet qoşulmanın yaradılması üçün böyük səy göstərirlər. Nəhənglər yeni ölkələrin bazarında bu sahədə birinci olmağa ümid edirlər və peyk rabitəsi bu məqsədə çatmaq üçün əsas üsullardan biridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.