Texnologiya

Bu bazarda inkişaf sürətlənib

1 Sentyabr 2014 19:16
0 Şərh     Baxış: 592
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dell'Oro Group analitik şirkətinin məlumatına görə, 2014-cü ilin ikinci rübündə mobil şəbəkələr üçün radio avadanlığı (Radio Access Network, RAN) bazarının həcmi artıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, RAN satışları üzrə yüksək dinamika Kanada, Yaponiya, Koreya və ABŞ kimi inkişaf etmiş LTE bazarlarda müşahidə olunub. Bu da həmin ölkələrdə mobil operatorlar arasında rəqabətin yüksək olması ilə izah edilir. 

Avropa və Çində də analoji vəziyyət qeydə alınıb: Çin ilin birinci yarısında radio avadanlığı üzrə ən böyük satış nöqtəsi olub. Asiya-Sakit okean regionunu nəzərə almasaq, o zaman qlobal RAN bazarı ilin birinci yarısında 10 faizdən az inkişaf edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.