Texnologiya

Ayətullahdan 3G internet fətvası

30 Avqust 2014 09:48
2 Şərh     Baxış: 1 002
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranlı ayətullah 3G-yə qarşı çıxır

İranın sərt təmayüllü vəzifəli ayətullahlarından biri bəyan edib ki, yüksək sürətli mobil internet qeyri-islamidir və insanlıq və mənəviyyat normalarına ziddir.

"Azadlıq" radiosu xəbər verir ki, ayətullah Naser Makarem Şirazi deyib ki, İran hökuməti yüksək sürətli mobil intrenet və 3G xidmətləri ölkədə geniş istifadə olunmazdan əvvəl onların "mənfi imkanlarını" önləyən tədbirlər görməldiir.

Mömin şiələrin nümunə hesab etdikləri Makarem Şirazi bildirib ki, internet xidmətlərinin tələm-tələsik genişləndirilməsi gənclərə anti-İslam məzmunlu filmlərə və başqa materiallara çıxış verər və mənəvi pozğunluğu artıra bilər.

Makarem Şirazi bu bəyanatı bir qrup internet istifadəçisinin sorğusu ilə bağlı verib.

Öz internet səhifəsində yerləşdirdiyi bəyanatda Makarem Şirazi yazır ki, hakimiyyət internetdə senzura da daxil olmaqla virtual məkana nəzarət edən Ali Kiberfəza Şurası ilə məsləhətləşməlidir.

Qeyd edək ki, bu, Makarem Şirazi-nin 3G-yə qarşı ilk hücumu deyil. Ötən il o, videozəngləri tənqid edərək demişdi kİ, onların xeyirdən çox ziyanı var.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.