Texnologiya

Dükanlarda ağıllı manekenlər olacaq

31 Avqust 2014 17:46
0 Şərh     Baxış: 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Britaniyanın bəzi pərakəndə mağazaları potensial alıcıların mobil qurğularına məhsul, xüsusi təklif, qiymət və aksiyalar haqda informasiya ötürə bilən ağıllı manekenlər quraşdırmağa başlayıblar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, manekenləri mikroçiplə təchiz etmək ideyası Iconeme şirkətinə məxsusdur. VMBeacon elektron qurğuları bilavasitə manekenə quraşdırılır. Alıcının smartfon və ya planşeti ilə məlumat mübadiləsi Bluetooth Low Energy' simsiz rabitəsinin köməyi ilə həyata keçirilir. Smartfon və maneken arasında qarşılıqlı əlaqə xüsusi mobil tətbiq vasitəsilə həyata keçirilir.

Sözügedən tətbiq quraşdırılmış qurğunun sahibi ağıllı manekendən 50 metr məsafədə olduqda smartfon və ya planşetə müvafiq bildiriş gəlir. Bundan sonra istifadəçi pərakəndə mağaza tərəfindən təklif edilən məhsullara baxa bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.