Texnologiya

AzTV və İTV-nin yayımı dayandırılır - RƏSMİ

29 Avqust 2014 11:59
Baxış: 3 174
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göyçay və ətraf rayonlarda Azərbaycan Dövlət Televiziyasını (AzTV) və İctimai Televiziyanı (İTV) yalnız peyk yayımı vasitəsi ilə izləmək mümkündür

Lent.az-ın məlumatına görə, gecə saat 1-dən sonra adıçəkilən kanalların adi ötürücülər vasitəsi ilə yayımı dayanır. Əldə etdiyimiz məlumata görə, bu barədə Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov göstəriş verib. Qeyd edək ki, AzTV və İTV-dən fərqli özəl kanallar 24 saat ərzində adıçəkilən bölgədə maneəsiz yayımlanırlar.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Teleradio" İstehsalat Birliyindən faktı təsdiq ediblər. Qurumdan Lent.az-a bildiriblər ki, bu, rəqəmsal yayıma keçidlə bağlıdır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.