Texnologiya

Server bazarında artım var

28 Avqust 2014 20:15
0 Şərh     Baxış: 756
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Server bazarında uzunmüddətli enişdən sonra artım qeydə alınıb.

International Data Corporation (IDC) tədqiqat agentliyi analitiklərinin hesablamalarına görə, 2014-cü ilin ikinci rübündə server istehsalçılarının ümumi gəliri 12,6 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 2,5% çoxdur. Əvvəlki beş rüb məhsul satışının həcmi davamlı azalıb. Ötən rüb serverlərin tədarükü ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2% artaraq 2,2 milyona çatıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, başlanğıc səviyyəli serverlər seqmentində tədarük 4,9% yüksəlib ki, bu da beşinci ardıcıl artımdır. Bu halda orta səviyyəli aparatların buraxılışı 11,6% artıb və məhsuldar sistem sektorunda 9,8%-lik azalma qeydə alınıb.

HP şirkəti server satışı üzrə birinci yerdə qərarlaşıb: şirkət 2014-cü ilin ikinci rübündə 3,2 milyard dollar qazanıb ki, bu da ötənilki göstərici ilə müqayisədə 4% daha yüksəkdir.

Sözügedən bazarda ikinci yerdə IBM, üçüncüdə isə Dell şirkətləri qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.