Texnologiya

Samsung-un mövqeyi möhkəmlənib

21 Avqust 2014 22:48
0 Şərh     Baxış: 817
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
2014-cü ilin ikinci rübündə Samsung Electronics şirkəti qlobal yaddaş çipləri bazarında öz payını yüksəldərək növbəti dəfə sahə üzrə liderliyini təsdiqləyib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, IHS iSuppli analitik şirkətinin hesablamalarına əsasən, 2014-cü ilin aprel-iyun aylarında Samsung 6,7 milyard ABŞ dolları məbləğində yaddaş mikrosxemləri satıb ki, bu da cari ilin əvvəli ilə müqayisədə 14,2% yüksəkdir. Nəticədə Cənubi Koreya şirkətinin bu məhsul bazarında payı 2.3% artaraq 34,7%-ə çatıb. Ötən rüb bu göstəricisi 32,4% səviyyəsində olub.

Mütəxəssislər Samsungun mövqeyinin möhkəmlənməsini ultramüasir texnologiyalar üzrə mikrosxemlərinin satış həcminin artımı ilə izah edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.