Texnologiya

Microsoftun keçmiş direktorundan təklif var

20 Avqust 2014 20:15
0 Şərh     Baxış: 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Microsoftun keçmiş baş direktoru Stiv Balmer Direktorlar Şurasında postunu tərk edərək şirkətdəki fəaliyyətini başa vurub. Bu haqda Balmerin şirkətin indiki direktoru Satya Nadellaya göndərdiyi açıq məktubunda məlumat verilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bundan sonra Balmer diqqətini müəllimlik fəaliyyətinə, həmçinin Los Angeles Clippers basketbol klubuna yönəltmək niyyətindədir.

Balmer 2000-ci ildən 2013-cü ilin sonunadək Microsoft korporasiyasına rəhbərlik edib. O, şirkətdə 34 il işləyib. 2014-cü ilin fevralında baş direktor vəzifəsində onu Satya Nadella əvəzləyib.

Balmer vida məktubunda qeyd edib ki, proqram təminatının hazırlanması Microsoftun yeni strategiyasında əsas rol oynayacaq, ancaq müvəffəqiyyət üçün korporativ həllər yaratmaq lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.