Texnologiya

KATV1 kabel televiziyası abunəçilərini sevindirəcək!

31 İyul 2014 11:48
Baxış: 1 533
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bütün dünyada, o cümlədən Azərbaycanda İnformasiya texnologiyaları durmadan inkişaf edir. Ölkənin aparıcı kabel televiziya operatoru olaraq KATV1 bu tendensiyadan kənarda qalmır. Abonentlərə daim yüksək keyfiyyətli xidmət göstərən KATV1 kabel televiziyası bunun üçün dünyada istifadə olunan ən son avadanlıq və texnologiyalardan yararlanır. Şirkətdə artıq bir neçə müddətdir ki, yeni avadanlıqların quraşdırılma işləri aparılır. Bu səbəbdən son günlər yayımda fasilələr yaranır. Aparılan işlər yekunlaşdıqdan sonra yayımda fasilələr aradan qaldırılacaq, analoq və rəqəmsal yayımın keyfiyyəti yüksələcək. Bundan əlavə, tətbiq olunan yeni texnologiyalar abunəçilərə bir çox digər imkanlardan yararlanmağa imkan verəcək. Böyük üstünlüklərdən biri isə tariflər dəyişilmədən rəqəmsal yayımda kanalların sayının artması olacaq. Yeniliklər zəng mərkəzini də əhatə edəcək. Belə ki, dünyanın aparıcı şirkətlərinin zəng mərkəzlərini quran "AVAYA" şirkətilə əldə olunan razılığa əsasən, KATV1 kabel televiziyasının 127 zəng mərkəzi təkmilləşdirilir. Bu da abunəçilərin telefon vasitəsi ilə daha tez və daha rahat məlumat əldə etmələrinə şərait yaradacaq.

Qeyd edək ki, 2005-ci ildən Milli Televiziya və Radio Şurasının verdiyi lisenziya əsasında fəaliyyət gösərən KATV1 kabel televiziyası təkcə televiziya xidmətləri göstərmir, həm də fiber-optik şəbəkə vasitəsi ilə abunəçilərə yüksək sürətli internet də təqdim edir. Şirkətin Bakı, Gəncə, Mingəçevir və Xıdalan şəhərlərində ümumilikdə 15-dən çox xidmət mərkəzi fəaliyyət göstərir ki, abunəçilər bu mərkəzlərdə KATV 1 kabel televiziyası ilə bağlı bütün növ əməliyyatları həyata keçirə bilərlər.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.