Texnologiya

Çexiyada virtual pul dövriyyəyə girdi

24 İyul 2014 20:56
0 Şərh     Baxış: 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bir qrup Çexiya vətəndaşı dünyanın məşhur Bitcoin virtual ödəniş vasitəsinin alternativi olan Czech Crown Coin (CZC) rəqəmli valyutasını təqdim edib. Çexiyanın milli virtual valyutası yerli internet sahibkarlarını dəstəkləmək məqsədi daşıyır.

Milli.Az ICTnews-ə istinadən bildirir ki, CZC-in istifadəyə verilməsi üzrə layihənin rəhbəri Ladislav Feytin sözlərinə görə, rəqəmli valyuta nağd ödənişlər və digər beynəlxalq virtual pullara alternativ yaratmaq üçün buraxılıb.

100 milyon virtual CZC - ümumi sayın 50 faizi ehtiyatda saxlanacaq, qeydiyyat sistemində yerləşdiriləcək və rəqəmli pulların hərracı üzrə milli birjalarda satılacaq. Qalan pulların ölkə ərazisində dövriyyəyə buraxılması nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.