Texnologiya

Twitter-də nə qədər qadın işləyir

24 İyul 2014 20:15
0 Şərh     Baxış: 632
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu haqda "Twitter"in heyətinin gender və milli tərkibi haqqında birinci ictimai hesabatına əsasən, "Twitter" mikrobloqlar xidmətinin əməkdaşlarının 30%-ni qadın cinsinin nümayəndələri təşkil edir.

"Twitter" tərtibatçısının hər onundan biri qadındır. Şirkətin rəhbər vəzifələrində qadın cinsinin nümayəndələrinin payı 21%-dir.

Milli.Az ICTnews-ə istinadən bildirir ki, bir qədər əvvəl "Google" şirkəti müvafiq göstərici haqda məlumat vermişdi. Dünyanın ən böyük internet şirkətində, həmçinin heyətin yalnız 30%-ni qadınlar təşkil edir, rəhbər vəzifələrdə hər beşinci əməkdaş qadındır. Ancaq "Google" şirkətində tərtibatçılar arasında qadınların payı yüksəkdir.

"Twitter"in milli tərkibinə gəlincə, ABŞ-da şirkətin əməkdaşlarının təxminən 59%-i ağdərili, 29%-ni asiyalılar təşkil edirlər, başqa irqi qrupların nümayəndələrinin payı isə 10%-dən aşağıdır. Oxşar tendensiya inzibati əməkdaşlar arasında da mövcuddur, amma tərtibatçılar arasında asiyalıların payı 34%-dən yuxarıdır.

Son aylarda, həmçinin "Facebook" və "Yahoo!" şirkətləri müvafiq hesabatları dərc ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.