Texnologiya

Facebook yeni rekord vurdu

24 İyul 2014 19:57
0 Şərh     Baxış: 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
2014-cü ilin ikinci rübü ərzində dərc edilmiş müsbət maliyyə hesabı fonunda ABŞ-ın Facebook sosial şəbəkəsinin səhmlərinin qiyməti 5% artıb. Nyu-Yorkda hərracın bağlanmasından sonra səhmlərin qiyməti şirkət üçün rekord (75.30 dollar) təşkil edib.

Milli.Az ICTnews-ə istinadən bildirir ki, hesabata əsasən, şirkətin xalis mənfəəti 2013-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 2 dəfə artaraq 791 milyon təşkil edib.

Hesabat dövründə mədaxil 61% artaraq 2,91 milyard dollar təşkil edib. Rüblük gəlirin çox hissəsi reklam gəlirlərinin (2.68 milyard dollar) payına düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.