Texnologiya

4K televizor bazarı böyüyür

23 İyul 2014 18:58
0 Şərh     Baxış: 711
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tayvan istehsalçılarının proqnozuna əsasən, 2014-cü ildə Ultra HD (4K) formatlı 20 milyon televizor buraxılacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Cənubi Koreya və Çin şirkətlərinin aktivliyi UHD TV bazarının inkişafına səbəb olacaq. İstehsalçılar Tayvan və Koreya şirkətləri tərəfindən təqdim edilən ucuz panellərin köməyi ilə ultra dəqiq televizorların qiymətini ucuzlaşdıra biləcəklər.

Bazar analitikləri hesab edirlər ki, cari ildə istehsalçılar 48-85 düymlük diaqonallı ekranla təchiz edilmiş 4K televizorların tədarükünə üstünlük verəcəklər.

Digitimes Research tədqiqatçılarının proqnozuna görə, 2013-2017-ci illərdə 3840 x 2160 piksel təsvir ölçülü televizorların tədarükü orta hesabla hər il 160% artacaq və proqnozlaşdırılmış dövrün sonunadək 68,2 milyona çatacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.