Texnologiya

Bitcoin oğruluğu artıb

23 Aprel 2014 23:12
0 Şərh     Baxış: 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bitcoin virtual valyutasının oğurlanmasına yönələn haker hücumlarının sayı 2013-cü ildə 2,5 dəfə artaraq 8,3 milyon insident təşkil edib. Bu barədə Kasperski Laboratoriyası şirkəti tərəfindən aparılan tədqiqatda deyilir. 

Milli.Az ICTnews-a istinadən bildirir ki, bitcoin kriptovalyutası internetdə anonim ödənişlər üçün yaradılıb və son illər xeyli populyarlaşıb. Valyutanın məzənnəsi 2013-cü ilin əvvəlində 13,6 dollar səviyyəsində olub, dekabrda isə 1200 həddini ötüb və bu da cinayətkarların diqqətini cəlb etməyə bilməzdi, - şirkət nümayəndələri bildirib.

Ekspertlərin sözlərinə görə, valyuta sahibi pulunu diskdə şifrlənməmiş şəkildə saxlasa, hesabdan oğurluq üçün bir faylın surətini çıxarmaq kifayət edir, - Kasperski Laboratoriyasının antivirus eksperti Sergey Lojkin vurğulayıb.

2013-cü ilin sonuna Bitcoinə yönəlmiş proqram təminatı ilə hücuma məruz qalmış istifadəçilərin sayı bank kibertəhdidlərinin göstəricilərinə yaxınlaşmağa başlayıb. Kriptovalyuta sahibləri çox ehtiyatlı olmalıdırlar, çünki oğurluq baş versə, onların vəsaitlərini qaytarmaq praktiki olaraq qeyri-mümkün olacaq, belə ki, Bitcoin hökumət tərəfindən tənzimlənmədən fəaliyyət göstərir.

Bitcoin dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Odur ki, rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar, sadəcə, anonim şəklində olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.