Texnologiya

Di Kaprio Stiv Cobsa "çevrilə" bilər

23 Aprel 2014 21:14
0 Şərh     Baxış: 1 219
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sony Pictures kinofilm şirkəti aktyor Leonardo Di Kaprionu Stiv Cobs rolunu ifa etmək üçün iş birliyinə cəlb etmək istəyir. Lakin hələ ki aktyorun bu rolu qəbul edib-etməyəcəyi dəqiq bilinmir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, əvvəl hesab edilirdi ki, ekran əsəri Döyüş klubu və Sosial şəbəkə filmlərinin rejissoru Devid Finçer tərəfindən çəkiləcək, amma onun qonorar tələbinin çox yüksək olması Sony şirkətini qane etməyib.

The Wrap kino nəşri yazır ki, indi Sony rejissor kimi Denni Boylu filmə cəlb etməyi planlaşdırır. Qeyd edək ki, o, Çimərlik filminin rejissorudur. Çimərlik filmində baş rolu oynamış Di Kaprio Boylla iş təcrübəsinə malik olduğu üçün ehtimal edilir ki, aktyor kino şirkətinin təklifini qəbul edəcək. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.