Texnologiya

Open Office: 100 milyon dəfə

19 Aprel 2014 18:11
0 Şərh     Baxış: 441
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Apache Open Office ofis paketi istifadəçilər tərəfindən 100 milyon dəfə yüklənilib. Open Office paketinin çıxarılmasından iki il vaxt keçib. Ofis paketi ödənişsizdir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Open Office ofis paketinin kodu bütün şəxslər üçün açıqdır. Ofis paketi ilə mətn sənədləri yaratmaq və redaktə etmək, həmçinin təqdimatlar, məlumat bazaları yaratmaq mümkündür, riyazi düstur redaktoru, vektor qrafikası üçün alət mövcuddur.

Open Office üçün 750-dən çox genişlənmə və 2800 şablon yaradılıb. Beləliklə, ödənişsiz ofis paketi Microsoft Office üçün ciddi rəqibdir.

"Mən çox razıyam ki, layihə iki il ərzində belə yüksək nəticə əldə edib. Bu, könüllülər komandasının istedad və fədakarlığının göstəricisidir", - Apache Open Officein vitse-prezidenti Andre Pesketi deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.