Texnologiya

Facebook-dan mükəmməl yenilik

18 Aprel 2014 16:35
0 Şərh     Baxış: 1 423
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni proqram vasitəsi ilə sosial şəbəkənin istifadəçilərinin harada olduğunu xəritədə görmək mümkün olacaq

Facebook yeni funksiya əlavə edib.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Facebook şirkəti mobil qurğulardan sosial şəbəkəyə giriş üçün əlavələrə "Nearby Friends" funksiyasını da daxil edib. Yeni proqram vasitəsi ilə sosial şəbəkənin istifadəçilərinin harada olduğunu xəritədə görmək mümkün olacaq.

"Nearby Friends" funksiyası Facebook-un ABŞ-dakı istifadəçiləri arasında bu həftədən yayılmağa başlayacaq. Bu proqram həm iOS, həm də Android sistemini dəstəkləyəcək.

Yeni funksiya vasitəsi ilə yaxınlığınızda olan Facebook istifadəçisinə dostluq göndərmək mümkün olacaq. Həmçinin istifadəçi "dostluq" kateqoriyasını seçməklə onun harada olduğunu dostları, həmçinin dostlarının harada olduğunu rahatlıqla görə biləcək. Proqramın istifadəsinin dayandırılması zamanı isə istifadəçinin yerini aşkar etmək mümkün olmayacaq.

Beləliklədə, bu proqram vasitəsi ilə başqa şəhərlərin mənzərəli və maraqlı yerləri barədə məlumat imkanı əldə etmək və informasiya vermək imkanı yaranacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.