Texnologiya

Sony nə qədər Playstation satıb?

19 Aprel 2014 20:56
0 Şərh     Baxış: 1 192
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sony şirkəti dörd ay bundan əvvəl təqdim edilmiş PlayStation 4 oyun konsolunun satış nəticələrini açıqlayıb. Belə ki, ötən müddət ərzində 7 milyondan çox oyun konsolu satılıb. PlayStation 3 oyun konsolu ilə müqayisədə satışların həcmi iki dəfə artıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, aprelin 13-nə olan məlumata görə, həmçinin 20.5 milyon video oyun satılıb. 2014-cü ilin sonunadək oyun həvəskarlarının ixtiyarına 120 müxtəlif oyun təklif ediləcək.

Microsoft şirkəti Xbox One satışlarının nəticəsini sonuncu dəfə 2014-cü il yanvarın ikinci yarısında səsləndirib. O zaman məlumat verilmişdi ki, 3,9 milyon oyun konsolu satılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.