Texnologiya

Uğurların açarı direktorlardır?

19 Aprel 2014 22:54
0 Şərh     Baxış: 1 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Gartner şirkətinin analitikləri tərəfindən aparılan sorğunun nəticələrinə görə, bir sıra baş direktorlar rəqəmli biznesi bir neçə rəhbər ilə birlikdə idarə etməyi lazım bilir, lakin onların əksər hissəsi bu səlahiyyətləri informasiya xidməti direktoruna tapşırmağı daha məqsədəuyğun sayır.

2013-cü ilin sonunda keçirilən sorğuda 410 top-menecer iştirak edib. Nəticələr bu yaxınlarda dərc edilən CIO 100 sorğusunun statistikası ilə tutuşdurulub. CIO 100 sorğusuna əsasən, Böyük Britaniyanın əksər İT direktorları çalışdıqları təşkilatlarda rəqəmli biznes rəhbəri rolunu oynayır, digər hallarda rəqəmli sahənin təsiri bir neçə top-menecer arasında bölüşdürülüb. Bəzi təşkilatlarda xüsusi olaraq rəqəmli direktor (Chief Digital Officer) vəzifəsi yaradılıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, sorğu zamanı Gartner mütəxəssisləri respondentlərə qarşıdakı iki il üçün kimi rəqəmli innovasiyalara rəhbər təyin etmələri ilə bağlı sualla müraciət ediblər. Onlar bu vəzifəyə daha çox İT direktoru layiq biliblər.

Gartnerin vitse-prezidenti Mark Raskino qeyd edir ki, İT direktorlarının rəqəmli biznesdə əsas aparıcı rol oynaması ilə bağlı gözləntilər təəccüb doğurur və qüvvələr bərabərliyində ciddi dəyişiklik edir. Rəqəmli biznes müştərilər üçün nəzərdə tutulan innovasiyalarla sıx şəkildə bağlıdır. Son onilliklər ərzində İT direktorlarına və İT şöbələrinə İT xərclərinin idarə edilməsi və keyfiyyətli servisin təmini vəzifəsi də tapşırılıb, lakin onlardan innovasiyada və biznes strategiyasının hazırlanmasında fəal iştirak tələb olunmayıb. Tələblərin qəflətən dəyişməsi bəzilərini məyus edərək hətta istefalara səbəb ola bilər, - vitse-prezident vurğulayıb.

Aprelin əvvəlində keçirilən CIO 100 sorğusuna əsasən, təşkilatların 12 faizində rəqəmli biznesə xüsusi təyin olunmuş rəhbər məsuliyyət daşıyır, şirkətlərin 36 faizində ümumiyyətlə belə rəhbər mövcud deyil, həmçinin İT direktorlarının 22 faizi rəqəmli biznesin onların səlahiyyətinə aid olduğunu bildirib. Təşkilatların 14 faizində qeyd edilib ki, rəqəmli rəhbərlik bir neçə top-menecer arasında bölünür və ya İT direktoru və marketinq direktoru ilə birlikdə həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.