Texnologiya

Heartbleed-dən faydalanan həbs olundu

17 Aprel 2014 22:54
0 Şərh     Baxış: 556
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Kanada polisi Openssl şifrləmə protokolunda Heartbleed boşluğundan istifadə etmiş 19 yaşlı kanadalı haker Arturo Solis-Reyesi həbs edib. Bu barədə Calgary Herald yazıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, o, bu boşluq haqqında informasiya yayıldıqdan sonra Kanada Gəlirlər Agentliyinin saytına müdaxilə edib və 900 vergi ödəyicisinin məxfi maliyyə məlumatını ələ keçirib. 5 gün sonra haker Solis-Reyes tutulub. O, hazırda kompüterə icazəsiz giriş və informasiyadan cinayətkar məqsədlərdə istifadə üzrə təqsirli bilinir. İyulun 17-də haker Ottava şəhərində məhkəmədə hakimlərin qarşısına çıxacaq.

Openssl şifrləmə protokolunda Heartbleed boşluğu barədə aprelin 9-da məlum olub. Bu barədə Google şirkətinin əməkdaşlarından biri məlumat verib. Hakerlər boşluq sayəsində hesab parollarına, şəxsi məlumatlara, elektron məktublara və bank hesablarına giriş əldə edə bilərlər. Dünyada mövcud serverlərin təxminən 66%-də Openssl texnologiyası istifadə olunur, ona görə Heartbleed son vaxtlar ən təhlükəli boşluqlardan sayılır. Məsələn, Twitter, Flickr, Dropbox Steam, Yahoo! kimi böyük xidmətlər, həmçinin Microsoft və Appleın saytları zərbə altına düşə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.