Texnologiya

Nazir: "Mərkəzləşdirilmiş radiomonitorinq sisteminin yaradılması işləri başa çatıb"

17 Aprel 2014 13:36
Baxış: 429
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanda mərkəzləşdirilmiş radiomonitorinq sisteminin (MRMS) yaradılması layihəsi üzrə işlər başa çatıb.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə ölkənin rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, hazırda tezlik resurslarının monitorinq sistemi Azərbaycanın 12 rayonunda çalışır. Oradan informasiya MRMS-in Mərkəzi İdarəsinə göndərilir.

Sistem 3 giqahersədək tezlikdə çalışan radiotexniki qurğulara avtomatik nəzarət etməyə qadirdir.

Abbasov qeyd edib: "Bu gün Azərbaycanın efir məkanının müdafiəsi məsələsi xüsusi aktuallıq kəsb etmir və bu sahədə problem müşahidə olunmur. Biz Beynəlxalq Telekommunikasiya İttifaqının protokollarına uyğun olaraq bütün sərhədyanı ölkələrlə tezliklərdən istifadə prosedurlarını razılaşdırmışıq. Azərbaycanın efir məkanına yeganə həmlə işğal olunmuş ərazilərdən müşahidə olunurdu və bu problem həll edildi".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.