Texnologiya

Bilet fırıldaqçılarına qarşı əməliyyat keçirildi

16 Aprel 2014 22:54
0 Şərh     Baxış: 776
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Aprelin 8-9-da dünyanın hüquq-mühafizə orqanları Avropa İttifaqının Avropol Polis Xidməti yanında Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin (EC3 - European Cybercrime Centre), ABŞ Məxfi Xidmətinin və digər təşkilatların dəstəyi ilə onlayn fırıldaqçılıq və qeyri-qanuni miqrasiyaya qarşı tarixdə ən böyük əməliyyat keçiriblər. Əməliyyat aylarla davam edən planlaşdırma və hazırlıqdan sonra baş tutub.

İki gün ərzində 32 ölkənin 68 aeroportunda saxta və ya oğurlanmış ödəniş kartlarından istifadə etməklə 265 şübhəli tranzaksiya qeydə alınıb. Nəticədə polis 113 nəfəri saxlayıb və şübhəli bilinən 70 fırıldaqçını həbs edib. Həbs və saxlanmaların həyata keçirildiyi ölkələr arasında Avstriya, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, İrlandiya, İspaniya, İtaliya, Kolumbiya, Kipr, Latviya, Litva, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, ABŞ, Ukrayna, Finlandiya, Fransa, İsveçrə və İsveç yer alıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, aviabiletin alınması və reys üçün eniş arasında ötən bir neçə saat ərzində fırıldaqçılar bileti almağa və ondan istifadə etməyə nail olurlar. Lakin aprelin 8-9-da hüquq-mühafizə orqanları belə sövdələşmələri real vaxt rejimində qeydə alıb və onlarla şirkətin işini koordinasiya etməklə sifarişçiləri dərhal hava limanında, təyyarəyə minən və ya təyinat məntəqəsinə çatan zaman həbs ediblər.

Avropola bu işdə həmçinin çoxlu kommersiya şirkətləri - aviaşirkətlər, turist agentlikləri və ödəniş sistemləri lazımi informasiyanı təqdim etməklə yardımçı olublar. Ümumilikdə 35 şirkət əməliyyata cəlb olunub.

Avropolun məlumatında deyilir ki, həbs olunan vətəndaşların əksəriyyəti oğurluq, fırıldaqçılıq, qeyri-qanuni miqrasiya, narkotiklərin yayılması kimi çoxlu digər cinayətlərdə də təqsirli bilinirlər. Bundan başqa, həyata keçirilən əməliyyat ödəniş kartları fırıldaqçılığının dünyada necə populyar olmasını bir daha nümayiş etdirib. Hər gün dünyada saxta və ya oğurluq kartları ilə yüzlərlə aviabilet satılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.