Texnologiya

Hansı şirkət daha çox qazanır?

15 Aprel 2014 22:54
0 Şərh     Baxış: 797
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
474 milyard dollar məbləğində bazar kapitallaşdırmasına sahib Apple dünyanın ən bahalı şirkəti sayılır. Hazırda ABŞ-ın elektronika istehsalçısı bu yaxınlarda bir neçə yeni məhsulunu nümayiş etdirəcək və bu, şirkətin maliyyə durumunu gücləndirməyə icazə verəcək.

San Jose Mercury News qəzetinin tərtib etdiyi Silicon Valley 150 reytinqində qərargahları Silikon vadisində yerləşən ən gəlirli şirkətlər yer alıb. Jurnalistlərin seçimi maliyyə informasiyasına əsaslanıb, onlar şirkətlərin müntəzəm ABŞ Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyasına göndərdiyi sənədlərdən istifadə ediblər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Apple ABŞ-ın ən gəlirli texnologiya şirkətlərinin siyahısında birinci yerdə qərarlaşıb. 2013-cü ildə iPhone və iPad istehsalçısının gəliri 174 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 6% daha yüksəkdir. Kaliforniya nəhənginin gəliri 21% artaraq 37 milyard dollar olacaq. Bu göstərici üzrə HP, Google, Intel və Cisco şirkətləri Silicon Valley 150 reytinqində Appledan sonra yerləşiblər, bu şirkətlərin illik gəliri 36 milyard dolları güclə ötüb.

Silikon vadisini təmsil edən 10 ən gəlirli şirkət siyahısına, həmçinin eBay, Gilead Sciences, Synnex və Applied Materials daxildir.

Silicon Valley 150 reytinqində Facebook sosial şəbəkəsi öz mövqeyini xeyli gücləndirib. Ötən il Mark Zukerberqin şirkəti 7,9 milyard dollar məbləğində gəlir qazanıb ki, bu da ötən illə müqayisədə 55% daha yüksəkdir. Nəticədə Facebook şirkəti 16-dan 11-ci yerə irəliləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.