Səhiyyə

Azərbaycanla Gürcüstan arasında dərman qalmaqalı

6 May 2016 16:13
0 Şərh     Baxış: 1 375
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Milli Məclisdə  Azərbaycandan Gürcüstana səfər edən vətəndaşların üzləşdiyi problemlər müzakirə olunub.

Milli.Az anspress-ə istinadən bildirir ki, millət vəkili Əflatun Amaşov Azərbaycanda qanuni satışda olan dərmanların Gürüstanda qadağan olunmasından danışıb. O deyib ki, bu hal Azərbaycandan Gürcüstana gedənlər üçün problemlər yaradır.

"Bu barədə Gürcüstan əsilli Azərbaycan vətəndaşları ilə söhbətim olub. Məsələ müəyyən dərman preparatları ilə bağlıdır. Belə olur ki, vətəndaşın istifadə etdiyi bir dərman Azərbaycanda apteklərdə təyinatsız satılır. Yəni hər kəs onu rahat əldə edə bilir. Məsələn, piralgin. Mən maraqlandım, bu dərmanın ölkəmizdə təyinatsız satışına icazə verilir. Kəskin baş ağrılarından əziyyət çəkən insanlar tərəfindən qəbul edilir. Həmin adamlar özü üçün istifadə etdiyi piralgini çantasına qoyub Gürcüstana gedir. Gürcüstanda isə həmin dərman az qala narkotik və psixotrop maddə kimi qəbul edilir", - deyə Amaşov bildirib.

Millət vəkili deyib ki, vətəndaşlar saatlarla Gürcüstanın polis idarələrində qalırlar, külli miqdarda cərimə olunurlar. "Hətta bəzən həbs təhlükəsi də yaranır. Mən araşdırdım, burada söhbət heç də bir dərman növündən getmir. Müxtəlif adda dərmanlar var ki, Gürcüstanda istifadəsi qadağandır. Düşünürəm ki, bu problemə də çox ciddi yanaşmaq lazımdır. Azərbaycan və Gürcüstan hökuməti arasında bununla əlaqədar danışıqlar getməli, müəyyən razılaşmalar əldə edilməlidir" ,- dəyə millət vəkili bildirib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.