Səhiyyə

"Rusiya və Qərb arasındakı fikir ayrılığı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına təsir göstərməməlidir"

28 Avqust 2015 11:30
0 Şərh     Baxış: 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya və Qərb arasındakı fikir ayrılığı ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işinə təsir göstərməməlidir.

APA-nın məlumatına görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. "Rusiyanın hər hansı ölkə ilə bizim günahımız olmadan yaranan fikir ayrılığı, ümid edirəm ki, Rusiya və ABŞ-ın da daxil olduğu ATƏT Minsk qrupunun işinə təsir göstərməyəcək", - deyə Zaxarova qeyd edib.  

"Rusiya tərəfindən heç bir problem və ya suallar ola bilməz", - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

"Biz bu formatın iştirakçılarıyıq və öhdəliklərimizə çox məsuliyyətlə yanaşırıq. Bu qrupun gündəliyində nə dərəcədə ciddi mövzunun olduğunu anlayırıq", - deyə M.Zaxarova vurğulayıb. 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.