Sağlamlıq

Ərik tumlarının BİLİNMƏYƏN FAYDALARI - qurdları öldürür, xərçəngin qarşısını alır...

21 İyun 2017 21:39
0 Şərh     Baxış: 5 131
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ərik tumunun ləpəsi çox faydalı və müalicəvi məhsul sayılır. Lakin bu məhsul haqqında müxtəlif mənfi rəylər də eşitmək olur - guya ərik tumunun ləpələri çox zəhərlidir və hətta ölümə səbəb ola bilər.

Milli.Az saglamolun.az-a istinadən ərik tumu və onun orqanizmə olan təsiri ilə bağlı olan kiçik araşdırmamızın nəticələrini təqdim edir.

Ərik tumunun ləpəsinin tərkibində bir çox vitamin və minerallar, efir yağları, yağlı turşular var. Bu yağlı turşular (olein, linolen, araxin turşuları və s.) ürək və damarların sağlamlığını qoruyur, infarkt və insultun ən effektli profilaktik vasitəsi sayılır, diabetin inkişafınının riskini azaldır.
Ərik tumunun tərkibində nadir "amiqdalin" adlı maddə var. Bu maddə həm də B17 vitamini kimi tanınır. B 17 xərçəng əleyhinə təsirə malikdir. Məhz bu maddə ləpələrə acı dad verir. Orqanizmdə bu vitamin bir neçə daha sadə maddəyə və o cümlədən güclü zəhər olan sinil turşusuna parçalanır. Sinil turşusu orqanizm tərəfindən neytrallaşdırılsa da ərik tumlarının ləpələrini çoxlu miqdarda yemək tövsiyə edilmir - bu həqiqətən zəhərlənməyə səbəb ola bilər. Gündə 1 ovuc ləpə orqanizmə yalnız fayda verə bilər. Burada dahi həkim və filosof Paraselsin tarixi sözləri yadımıza düşür - dünyada hər bir şey zəhər və hər bir şey dərmandır, bunu yalnız miqdar təyin edir.
Yeri gəlmişkən, ən faydalı çərəzlərdən olan badam da amiqdalinlə zəngindir ki, mütəxəssislər badamın da  istehlakını məhdudlaşdırmağı tövsiyə edirlər (bu xüsusilə badamın acı növlərinə aiddir).
Ərik tumunun ləpəsi iltihabəleyhinə və bəlğəmgətirici təsirə malikdir. Güclü öskürək, bronxit zamanı bu ləpədən hazırlanmış "süd" yaxşı kömək edir. 1 ovuc ərik tumunun ləpəsi 1 stəkan su ilə blenderdə qarışdırılır və süzülür. Alınmış südə bal əlavə edin və gündə 2 dəfə yarım stəkan olmaqla için.
Ərik tumunun ləpəsi qurdqovucu təsirə malikdir. Uşaqlara da bu ləpələri az miqdarda vermək olar. Uşaqlara verəndə daha şirin ləpələrə üstünlük verin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.