Sağlamlıq

Hilin sağlamlıq üçün 7 İNANILMAZ FAYDASI

19 İyun 2017 22:50
6 Şərh     Baxış: 10 546
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, hil tək ədviyyat deyil, bu əsl təbii dərmandır. Maraqlıdır ki, orta əsrlərdə Avropada hil həqiqətən dərman sayılır və apteklərdə satılırdı.

1. Hil həzm proseslərini yaxşılaşdırır, köpü azaldır. Bəzi şərq ölkələrində yeməkdən sonra hilin toxumlarını çeynəmək adəti var.
2. Hil ağızdan gələn pis qoxunu və ürəkbulanmanı aradan götürür.
3. Hil mübadilə proseslərini sürətləndirir, artıq çəkidən azad olmağa kömək edir.
4. Təbii antiseptik olan hil orqanizmdə mikrobları öldürür.
5. Hil ürəyin fəaliyyətini yaxşılaşdırır, ürək döyünməsini və təzyiqi tənzimləyir.
6. Hil sinir sistemini möhkəmləndirir, depressiya, stress və nevrozlarla mübarizə aparmağa kömək edir, əhval-ruhiyyəni yaxşılaşdırır, beyinin fəaliyyətini stimullaşdırır, yorğunluq və halsızlığı aradan qaldırır.
7. Antioksidantlarla zəngin olan hil bir çox xroniki xəstəliklərin və həmçinin xərçəngin təbii profilaktik vasitəsidir.
Hili müxtəlif şirniyyatlara, xörəklərə, çaya və qəhvəyə əlavə edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.