Sağlamlıq

Xurma kokteyli. Həm ləzzətli, həm də faydalı

16 İyun 2017 23:51
1 Şərh     Baxış: 1 976

Ümumiyyətlə bir çox müalicələr həm acı, həm də əziyyətli ola bilər. Elə müalicələr də vardır ki, həm faydalı olur, həm də ləzzətli.

Milli.Az Fizulihuseynov.com-a istinadən bildirir ki, məhz, bu kokteyl ləzzətlilər qrupuna aiddir.

HAZIRLANILMASI:

Hazırlanılma qaydası da sadədir: 3-4 ədəd iran xurmasının qabığı soyulur, tumları çıxardılır, 1 stəkan yağlı südün içinə əlavə olunub blenderlə qarışdırılır. Bu kokteyli gündə 1-2 stəkan içə bilərsiniz.
FAYDALARI:
Deməli, xurmanın tərkibindəki bütün minerallar və vitaminlər südün tərkibinə keçir, böyüyən uşaqlar və yaşlılar üçün əvəzolunmaz dərəcədə faydalıdır. Beyin qan dövranını yaxşılaşdırır, diqqəti itiləndirir, yaddaşsızlığın müalicəsində istifadə edilir, gözləri olduq qədər işıqlandırır. Əzələ qıcolmalarında çox xeyirlidir, sümük əriməsindən əziyyət çəkənlər (əsasən klimakterik dövr keçirən xanımlarda sümük ərimələri çox olur), oynaq ağrılarından əziyyət çəkənlər üçün faydalıdır, damarları təmizləyir, qaraciyər və öd üçün faydalıdır. Hepatitdən əziyyət çəkənlər üçün faydalıdır, qəbizlik və babasil müalicəsində istifadə etmək olar. İmmun sistemini gücləndirir, gümrahlıq gətirir, cinsi istəyi artırır. Zaman-zaman istifadə olunduqda dərini parladır, qurdqovuçu təsiri vardır, əsəbləri gərgin olanlar üçün də faydalıdır. Həmişə içilə bilən bir içkidir, axşam yatmazdan əvvəl qəbul etdikdə  yuxunu dərinləşdirir.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Azərbaycanlı · 17 İyun 17:0500

    Təşəkkurlər, Milli.az. Dəyərli məlumatdır

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.