Sağlamlıq

Əsnəyəndə dərindən nəfəs alsanız...

21 İyun 2017 07:14
0 Şərh     Baxış: 2 127
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlər insanın əsnəməsi ilə bağlı bir çox araşdırma aparsa da, bu hadisə hələ də tam təhlil edilməyib.

Milli.Az xəbər verir ki, bu haqda bir neçə nəzəriyyə mövcuddur. Bir qrup alimlərin araşdırması göstərib ki, əsnəmək nəfəs almağa kömək edən, bədəndəki karbon qazını çıxarıb qana daha çox oksigen daxil olmasını təmin edən vücudun fəaliyyətlərindən biridir.

Başqa tədqiqatın nəticələrinə görə, çənənin şiddətlə açılması qanın kəllə sümüyündə yaxşı dövr olunmasını təmin edərək istiliyi dağıdır. Əsnəmə zamanı dərin nəfəs aldıqda sinusa dolan hava beyni sərinlədir.

İdmançılar yarış öncəsi, musiqiçilər isə konsertdən əvvəl çoxlu əsnəyir. Bu səbəblə bir çox mütəxəssis əsnəməyin beyni canlandırıcı funksiya olduğu fikrini irəli sürüb. Məsələn, yuxunuz gələndə onu dağıdır, diqqət dağılanda yenidən toplanmasını təmin etdiyinə inanılır.

Həmçinin təcrübələrdə məlum olub ki, bir adam əsnəyəndə ona baxanları da əsnəmək tutur. Beləliklə də əsnəmə hərəkəti o qrupun özünə gəlməsinə və daha ayıq-sayıq olmasına kömək edir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.