Sağlamlıq

Arıqlamağa çalışan şəxslər üçün BÖYÜK TƏHLÜKƏ

19 İyun 2017 23:45
1 Şərh     Baxış: 2 101

Çağdaş insanın qlobal probelmlərindən biri də, artıq çəkidir. Məhz bu səbəbdən də, Dietologiya hazırda ən çox tələbat duyulan sahələrdəndir. Dünya dietoloqlarının artıq çəkidən azad olmaq üçün tərtib etdikləri pəhriz cədvəlləri, bu mövzuya həsr olunmuş kitablarının sayı günbəgün artır.

Pəhrizlərin bir çoxunda yağlı xörəklərın, digərində un məmulatlarının qəbuluna qadağa qoyulur. Lakin unutmaq lazım deyil ki, insan orqanizmi bütün minerallara, vitaminlərə, zülal və yağlara ehtiyac duyur. Bu qida ünsrlərinin ən az birini qəbul etmədikdə sonradan qarşısı alınmayan xəstəliklər yaranır.

Milli.Az xəbər verir ki, həmin xəstəliklərdən biri də anoreksiyadır.

Anoreksiya nədir?

Anoreksiya sözü yunan dilindən "iştahasızlıq" kimi tərcümə olunur. Statistikaya görə, son 30 ildə hər 100 gənc xanımdan 2-i anoreksiyadan əziyyət çəkir. Bu xəstəliyin yaranmasının əsas səbəbi davamlı pəhrizlər sayılır. Belə ki, bir neçə kiloqramdan azad olan şəxs həmin çəkiyə yenidən qayıtmaq qorxusu ilə yaşayır. Çəkisi az olsa belə özünü şişman hesab edir. Nəticədə kəskin şəkildə arıqlayan xəstə, cəmiyyətdən təcrid olur və yuxusuzluq problemi yaranır.

Elə bu səbəbdən Vaşinqton Universitetinin tədqiqatçı alimləri həyəcan təbili çalmağa başlayıblar. Belə ki, kökündə psixolojı pozğunluq duran anoreksiya xəstəliyi vaxtında müdaxilə edilməzsə, psixi pozğunluğa, ən qorxulusu isə şizofreniyaya çevrilə bilər.

Odur ki, belə problemlər və xəstəliklərdən yan keçmək üçün vücudumuzla daim harmoniyada olmalı və sağlam qidalanmalıyıq. (publika.az)

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Hhhhhh · 20 İyun 00:0000

    Men eksine kokele bilmirem 21 yawim var 45 kiloyam hami deyir bu nedi biraz kokel kokele bilmirem amma

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.